İranın Azərbaycandakı səfirliyində yanğın olub

26 İyun 2012 11:11 (UTC+04:00)
İranın Azərbaycandakı səfirliyində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda İran İslam Respublikasının səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.