Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başladı

26 İyun 2012 00:20 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. AzərTAc dövlət agentliyinin məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Azərbaycan prezidenti İlham Əliyevi dövlət bayraqları ilə bəzədilmiş Atatürk Hava Limanında Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.