Timoşenkonun tərəfdarları və əleyhdarları məhkəmədə dalaşdı

25 İyun 2012 23:59 (UTC+04:00)

Xarkov vilayətinin Apellyasiya Məhkəmisinin binasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun işi üzrə keçirilən iclasda tərəfdalrının və əleyhdarlarının davası düşüb. Ukrayna mətbuatına istinadən xəbər verilir ki, insidentə səbəb əleyhdarların səsgücləndiricidən istifadə etmələri olub.


Tərəfdarlar cihazın söndürülməsini tələb etsələr də, rədd cavabını alıblar. Daha sonra yumruqlar işə düşüb. Tərəfləri mühafizəçilər sakitləşdiriblər.


Timoşenkonun tərəfdarları etiraz əlaməti olaraq yolu bağlayaraq nəqliyyatın hərəkətində problemlər yaradıblar. Onlar səsgücləndiricinin səsin ölçmək üçün mütəxəssislərin məhkəmə binasına çağırılmasını tələb ediblər.


Məlumata görə, Timoşenkonun özü prosedə iştirak etməyib. Hazırda eks-baç nazir Xarkov klinik xəstəxanasında müalicə olunur.