Hərbi qulluqçulara ali hərbi rütbələr verilib - SİYAHI

25 İyun 2012 19:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilmiş hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:


General-mayor hərbi rütbəsi:


- polkovnik Ayaz Binyət oğlu Həsənova

- polkovnik Qorxmaz Şahmar oğlu Qarayevə

- polkovnik Vaqif Məmməd oğlu Məmmədova