Məlumat üçün bildirək ki, 4 sərbəst güləşçimiz isə Almaniyada baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında çıxış edəcək, Əsas diqqət 74 kq çəki dərəcəsinə yönələcək. Çünki bu çəkidə Londonda ölkəmizi təmsil etməyə 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyev iddia edir. Bu baxımdan Almaniya turniri bir çox suallara aydınlıq gətirə bilər. Bundan başqa, Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) də Dortmundda mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli referimiz Fəraqət Cəlalov hakim kimi beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.