“Sarı-qırmızılı” komandanın transferlərlə bol həftəsi

25 İyun 2012 17:04 (UTC+04:00)

"Qalatasaray" klubunun səbirsizliklə gözlədiyi həftə gəlib çatıb.Siasport.az saytının məlumatın görə, heyətində olması düşünülən futbolçular Riera, Baros, Pino, Stanku və Kulio ilə əlaqədar hələ yeni bir addım atılmayıb.

Necati ilə 2 il də razılaşmaya imza atan və Sabrinin yeni təklifi qəbul etməsini gözləyən "Cim-Bom" Melonun transfer məsələsini bu həftə həll edəcəyinə ümid edir. Klubun idarə heyəti Melo və "Yuventus" ilə danışıqların bu həftə müsbət bitəcəyini bildirilib. Xarici transferdən təkcə Denini heyətə qatan "Qalatasaray" Umut Buludun bu həftə İstanbula gələrək razılaşmanı imzalayacağı gözləyir. "Cim-Bom"da hücumçu ilə bağlı transfer xəbərlərini sirr kimi saxlamağa davam edir. Fatih Terim vurğulayıb ki, futbolçu Demba Ba onun heyətinin sisteminə uyğun gəlmədiyinə görə, başqa alternativlər fikirləşir. Danimarkalı oyunçu Niklas Bentner üçün transfer cəhdləri hələ də davam edir. Hücumçu Alper Potuku mütləq almaq fikirində olan "Sarı-Qırmızılı" rəhbərlik, "Eskişehirspor" klubuna 3.5 milyon avro ödədikdən sonra Sercan Yıldırımı 1 illik başqa komandaya transfer etməyi planlaşdırır. "Eskişehirspor" klubunun heyəti isə 5 milyon avroluq bir təklif qarşısında bu transferərazı olacağını bildirib.

Qeyd edək ki, Həmid Altıntop fikirində qəti olan "Cim-Bom", milli oyunçunun 3.2 milyon avro ilə razılaşmasını gözləyir.