Prezident İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşəcək

25 İyun 2012 15:42 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Gürcüstan mətbuatı yayıb.

Xəbərə əsasən, görüş sabah İstanbulda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sammiti çərçivəsində baş tutacaq.