İsveç \"Junior Eurovision\"da təmsilçisini seçdi

25 İyun 2012 13:10 (UTC+04:00)

Bu ilin dekabrında Amsterdamda keçiriləcək \"Junior Eurovision\"da İsveçi Lova Sönnerbo təmsil edəcək. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lova Milli Seçim turlarında 8 iştirakçı arasından qalib müəyyən olunub.


Stokholmda təşkil edilən şouda mahnılar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Seçimə əsasən 13 yaşlı Lova Sönnerbo Amsterdamda \"Mitt Mod\" mahnısı ilə çıxış edəcək.