SAM-ın direktoru İstanbula rəsmi səfərə gedib

25 İyun 2012 11:37 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən 25 - 26 iyun tarixində Qara dəniz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ekspertlərinin iştirakı ilə keçiriləcək "Yeni vizyon axtarışı: ölkə perspektivləri" mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfərə gedib.

SAM-dan SİA-ya verilən məlumata görə, forumun təşkilində məqsəd Qara dəniz Əməkdaşlıq Təşkilatının keçmişdəki fəaliyyətini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətləri haqqında tövsiyələr verməkdən ibarətdir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümünün də qeyd ediləcəyi tədbirin birinci günü dövlət və hökumət başçılarının sammiti keçiriləcək, ikinci günü isə Azərbaycan, Gürcüstan, Yunanıstan, Rumıniya, Moldova, Bolqarıstan, Serbiya, Albaniya, Türkiyə ekspertlərinin iştirakı ilə forum olacaq.