Amerikalı fotoqraf 1700 almanı soyundurdu - FOTOLAR

25 İyun 2012 11:25 (UTC+04:00)

Qalmaqalları ilə yadda qalan amerikalı fotoqraf Spenser Tunik bu dəfə qeyri-adi layihəsini Almaniyada gerçəkləşdirib. SİA-nın verdiyi məlumata görə, fotoqraf Münxen şəhərində layihəyə qatılan 1700 çılpaq könüllüdən müxtəlif fiqurlar yaradıblar. Xəbərdə bildirilir ki, amerikalı fotoqrafa Rixard Vaqnerin "Nibelunq həlqəsi" adlı həvəskarlar dəstək olub. Onlar layihəni Bavariya Dövlət Operasının qarşısında gerçəkləşdiriblər.

Çılpaq könüllülər özlərini qırmızı və qızılı rəngə boyayıblar. Usta fotoqrafın göstərişi ilə könüllülər əjdahanın ağzından çıxan alov fiquru yaradıblar.