İranın Azərbaycandakı səfiri Bakıya döndü

25 İyun 2012 10:12 (UTC+04:00)

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya geri dönüb. İran Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfir ötən həftənin cümə günündən Bakıda öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami ötən ayın sonlarında məsləhətləşmələr üçün Tehrana çağırılmışdı.