İspaniya yığması Avropada ən bahalı komandadır - SİYAHI

25 İyun 2012 10:07 (UTC+04:00)

İspaniya yığması Avropada ən bahalı komandadır. SİA-nın verdiyi məlumata görə, aparılan araşdırmalardan sonra bu nəticəyə Sporting Intelligence jurnalı gəlib. Belə ki, jurnal Avropa çempionatında iştirak edən bütün komandalarda çıxış edən futbolçuların transfer qiymətlərini toplayaraq hansı yığmanın bahalı olduğunu müəyyənləşdirib.

İspaniya yığmasının oyunçuları toplam 579, 7 milyon funt-sterlinq dəyərində olduğu məlum olub. Bu komandanın ən bahalısı isə yarımmüdafiəçi İnyestadır.

Avropa-2012-nin ən bahalı oyunçusu isə Portuqaliya yığmasının kapitanıKriştianu Ponaldu – 79 milyon funt-sterlinqdir. Bu da bütün komandanın dəyərinin 27 faizi deməkdir.


\"\"