“Sərhədçi Kuboku” beynəlxalq turnirinə yekun vurulub

25 İyun 2012 10:00 (UTC+04:00)
Binə Atçılıq Mərkəzində ümumi mükafat fondu 9500 avro olan CSİ-1* kateqoriyalı "Sərhədçi Kuboku" uğrunda beynəlxaq turnirə yekun vurulub. Atçılıq Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, gərgin və maraqlı mübarizə şəraitində keçən final yarışı polşalı idmançı Aleksandra Lusinanın qələbəsi ilə nəticələnib. O "Kalinka MNM" ləqəbli atla bütün rəqiblərini qabaqlaya bilib. Azərbaycanlı çapar Seyid Musayev "Concorde 57" ləqəbli atla ikinci, "Nabab De Belou" ləqəbli atla isə üçüncü olub. Kənan Novruzov \"Bill Clinton" ləqəbli atla 4-cü, Hikmət Musayev isə "Zidane D" ləqəbli atla 5-ci nəticəni göstərib.

Qeyd edək ki, atçılığın konkur növü üzrə keçirilən yarışda Azərbaycan idmançıları ilə yanaşı Polşa və Türkiyə təmsilçiləri də iştirak edib. Beynəlxalq turniri Bolqarıstan İran və Türkiyədən dəvət olunan hakimlər briqadası idarə edib.