Kolumbiya Senatında Azərbaycanla dostluq qrupu yaradılıb

23 İyun 2012 14:32 (UTC+04:00)

Kolumbiya Senatı tərəfindən "Kolumbiya və Azərbaycan Respublikası arasında Dostluq Qrupu"nun yaradılması barədə qətnamə qəbul edilib. Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Kolumbiya–Azərbaycan Dostluq Qrupuna Senatın Prezidenti Xuan Manuel Korso Roman (Juan Manuel Corzo Roman) və Kolumbiya Senatında 2012-ci ilin mart ayında qəbul edilmiş Azərbaycan Respublikası ərazisinin işğal edilməsi və Xocalı soyqırımı barədə Qərarın müəllifi, Senator Alexandra Moreno Pirakive (Alexandra Moreno Piraquive) daxil edilib.