Bakı Rus Pravoslav Kilsəsinin arxiyepiskopuna “Dostluq ordeni” təqdim edilib - FOTOSESSİYA

23 İyun 2012 12:02 (UTC+04:00)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə "Dostluq ordeni" təqdim edilib. Mükafatı təqdim edən Komitə sədri Elşad İskəndərov çıxış edərək bildirib ki, Azərbaycan tolerant ölkədir. Ölkədə ənənəvi müsəlman icmaları ilə yanaşı, digər dinlərin nümayəndələri, o cümlədən xristian pravoslav icması da fəaliyyət göstərir. Bu icmalar arasında yaxşı əlaqələr mövcuddur.

Arxiyepiskop isə "Dostluq ordeni" ilə təltif olunmasına görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycanın hər sahədə sürətlə inkişaf etdiyini deyən A.İşein deyib ki, hazırda Azərbaycanda bütün dinlər bir arada fəaliyyət göstərir, ölkədə dini ayrı-seçkilik yoxdur.

Qeyd edək ki, tədbirdə Berlin və Almaniya Yeparxiyasının arxiyepiskopu Feofan, Orenburq və Saraktaş mitropoliti Valentin və pravoslav kilsəsinin digər nümayəndələri iştirak ediblər.