Tərlan Əhmədov: “Səhvləri aradan qaldırmaq imkanımız olacaq”

23 İyun 2012 11:57 (UTC+04:00)
\"Neftçi\" Peşəkar Futbol Klubunun məşqçisi Tərlan Əhmədov komandanın \"Mordoviya\" ilə oyunu barədə klubun rəsmi internet saytına danışıb. Siasport.az saytının məlumatına görə, Tərlan Əhmədov gələcəkdə keçiriləcək oyunlarda səhvləri aradan qaldırmaq imkanının olacağını ifadə edib: \"Hər iki matçda meydana çıxmış futbolçular 90 dəqiqə əvəzlənmədən oynadı. Ağır fiziki məşqlərdən sonra hər iki hissəni eyni səviyyədə keçirmək çətin olur. Üstəlik baxışda olan futbolçuları da yoxladıq. Qarşıda daha 2 yoldaşlıq matçımız var. Demək səhvləri aradan qaldırmaq imkanımız olacaq. Çalışacağıq ki, hazırlıqlar bitənə kimi komandanı tam hazır vəziyyətə gətirək\".