Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb. Prezident İlham Əliyevin dünən imzaladığı sərəncam ümumilikdə 66 nəfərə şamil olunub. Onlardan 58-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2-si islah işləri cəzasının çəkilməmiş hissəsindən, 6-sı isə cərimə cəzasından azad edilib.
Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilənlər arasında İctimai Palatanın aksiyaları zamanı saxlanılan 9 nəfər də adı var.
Bunlar Arif Hacılı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov, Tural Abbaslı, Sahib Kərimov, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı və Məhəmməd Məcidlidir.