Rəsmi Vaşinqton: “Türkiyə istəsə köməyə gedərik”

23 İyun 2012 06:39 (UTC+04:00)

Rəsmi Vaşinqton Türkiyə təyyarəsinin Suriyada vurulmasına münasibət açıqlayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin məruzəçisi məsələnin NATO-nun gündəminə gəlmədiyini, bu mövzuda Türkiyənin danışmasının daha doğru olacağını deyib.


Qeyri-rəsmi məlumatlara görə isə yüksəkçinli Pentaqon rəsmilərindən biri tələb olacağı təqdirdə axtarış-xilasetmə işlərində iştirak edı biləcəklərini açıqlayıb.


Tərəfləri soyuqqanlı olmağa dəvət edən BMT baş katibi Pan Gi Mun isə problemin diplomatik yollarla həllini tapacağına ümidvar olduğunu deyib.