Türkiyənin Hacettepe Universitetinin nümayəndə heyəti BDU-da olub

22 İyun 2012 18:38 (UTC+04:00)

Bu gün Türkiyənin Hacettepe Universitetinin rektoru Murat Tuncerin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. SİA-nın xəbərinə görə, qonaqları qəbul edən rektor, akaedmik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, üzvü olduğu assosiasiyalardakı fəaliyyətindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən də bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Hacettepe Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.


Öz növbəsində Hacettepe Universitetinin rektoru Murat Tuncer Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.