ARDNŞ: “Petkim\" şirkətinin layihlərinə 2 milyard dollar sərmayə qoyulub”

22 İyun 2012 17:13 (UTC+04:00)
SOCAR Türkiyə ərazisində bir sıra iri layihələr həyata keçirir. Belə ki, "Petkim\" ərazisində yerləşən limanın genişləndirilməsi, elektrik stansiyasının tikintisi və s. məsələlərlə bağlı şirkətin yaradılması nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.


Onun sözlərinə görə, SOCAR son iki-üç ildə xarici investisiyaların qoyulması istiqamətində böyük işlər görüb: "ARDNŞ Gürcüstanda neft-qaz satışına sərmayə qoyulub, eyni zamanda Gürcüstanda Qara dəniz sahillərində terminalın tikilib başa çatıdırılması işləri gedir. Şirkət ümumilikdə Gürcüstandakı layihələrə 500 milyon dollar, Türkiyənin \"Petkim\" şirkətinin layihlərinə isə 2 milyard dollar sərmayə qoyulub".


Vitse-prezident həmçinin bildirib ki, ARDNŞ \"Petkim\"in ərazisindəki "STAR" adlanan Türkiyə Egey Neft Emalı Zavoduna sərmayə yatırılması üçün iyunun 18-19-da 5-6 milyard dollarlıq sərmayənin yatırılması gözlənilir. Onun sözlərinə görə, ümumilikdə Türkiyədə 15 milyard dollara yaxın yatırım olacaq.