Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı Macarıstanda konsert verəcək

22 İyun 2012 16:44 (UTC+04:00)

Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı Macarıstana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqust ayında Macar Turan Fondu tərəfindən Macarıstanın Buqats bölgəsində türk-hun birliyinin təcəssüm etdirən növbəti Böyük Qurultayı keçiriləcək.


Nazirliyin müvafiq əmri ilə Qədim Musiqi Alətləri Ansamblı tam heyətlə ölkəmizi təmsil etmək üçün Macarıstanın Buqats bölgəsinə ezam olunub.