Avropa çempionatında daha bir medal

22 İyun 2012 11:42 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib. Belə ki, 51 kq çəki dərəcəsində Patimat Baqomedova finala qədər maneəsiz irəliləyib. Təmsilçimiz ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Patimat Baqomedova Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu gün isə Avropa çempionatında gənc qızlar mübarizəsində 48, 55, 63 və 72 kq çəkidə görüşlər keçiriləcək.