Ordumuzun mövqeləri yenidən atəşə tutulub

22 İyun 2012 09:38 (UTC+04:00)
Erməni silahlı bölmələri iyunun 21-də və 22-də Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıloba, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.