Berti Foqts Azərbaycan yığmasından gedəcək?

22 İyun 2012 00:35 (UTC+04:00)

Polşa futbol təsərrüfatının rəhbərləri Azərbaycan milli komandasının baş məşqçisi, almaniyalı mütəxəssis Berti Foqtsu yığmalarının rəhbəri gömək istəyirlər. Bu barədə Polşa Futbol Federasiyasının prezidenti Qjeqoj Lyato açıqlama verib.


Onun sözlərinə görə, bu vəzifəyə digər əsas namizəd yerli çalışdırıcı Valdemir Fornalikdir.


Xatırladaq ki, Avropa çempionatına ev sahibliyi edən Polşa qrupdan çıxa blmədikdən sonra baş məşqçi Frantişek Smuda istefa vermişdi. Yeni baş məşqçinin adına isə bu ayın 27-də aydınlıq gətiriləcək.