İngiltərə Futbol Assosiasiyası 5 min avro cərimələndi

21 İyun 2012 23:31 (UTC+04:00)

UEFA Avropa-2012 çempionatının daha bir iştirakçısını cəzalandırıb. UEFA-nın saytına istinadən xəbər verilir ki, bu təşkilatın intizam komitəsi İngiltərə Futbol Assosiasiyasını 5 min avro məbləğində cərimələyib. Bu, İngiltərə yığması azarkeşlərinin yolverilməz davranışı ilə bağlıdır. Belə ki, Donetskdə Ukrayna yığması ilə oyun zamanı İngiltərə azarkeşləri meydana çıxmağa cəhd göstəriblər. Buna görə təşkilat 5 min avro məbləğində cərimə ödəməli olacaqdır.

Bundan əvvəl UEFA Almaniya və Portuqaliya azarkeşlərinin intizamsızlığına görə bu ölkələrin futbol təşkilatlarını cərimə etmişdi.