Bertuççini “Neftçi”nin heyətinə qatıldı

21 İyun 2012 09:51 (UTC+04:00)
"Neftçi" klubu braziliyalı futbolçu Bruno Bertuççini heyətinə qatıb. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, komandanın məskunlaşdığı Türkiyənin Bolu şəhərində "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi keçirilib.

Qeyd edək ki, Bruno Bertuççi yeni komandasında 16 nömrəli idman geyimində çıxış edəcək.