Əli Mirəliyev: “Kompüterdə səslərini düzəldərək ortaya çıxırlar”

21 İyun 2012 09:39 (UTC+04:00)

Azərbaycanın qalmaqallı müğənnisi Əli Mirəliyev bəzi müğənnilərin səslərinin olmadığını deyib. İfaçı hətta şou-biznes əhlinin görkəmindən narazı olduğunu da dilə gətirib. SİA-ya açıqlama verən Əli bəy bunları deyib: "Qalmaqalla gündəmdə qalmaq çox ucuz piyardır. Oxumağı bacarmayan, görkəmi olmayan insanlar özlərinə müğənni deyir. Görkəmlərindən də əlavə kompüterdə səslərini düzəldərək ortaya çıxırlar. Müğənninin səsi uşaqlıqadan olmalıdır".

Əli Mirəliyev bu zamanadək ona fəxri adın verilməməsinin səbəblərini də açıqlayıb: "Düzdür, heç bir fəxri ada layiq görülməmişəm. Ancaq aparıcılar verilişlərdə məni "xalqın sevimli sənətkarı" kimi təqdim edirlər. Bu ad da mənə kifayət edir".