I play off mərhələsinin növbəti 4 oyunu keçirilib

20 İyun 2012 23:10 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turniri çərçivəsində I play off mərhələsinin növbəti 4 oyunu keçirilib. SİA-nın xəbərinə görə, turnir 19 iyun tarixində AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub. Qalib gələn komandalar play offun II mərhələsinə vəsiqə qazanıblar.


Doğru Yol İctimai Birliyi 7:5 Dalğa Gənclər Təşkilatı


Doğru Yol İctimai Birliyi 5:0 Dalğa Gənclər Təşkilatı


Gənclik Futbol Klubu 6:2 Vətənpərvərlər GK


Müsbət Dəyişiklik Hərəkatı 5:0 Odlar Yurdu Universiteti TGT


Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.