Yığmamız çempionatın ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib. 60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb. Təmsilçimiz qələbəyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçilərini məğlubiyyətə uğradıb.
Məlumat üçün bildirək ki, 74 kq çəkidə Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc mükafatını qazanıb. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşviliyə qalib gəlib.