Yayda hansı xarici ölkələrdə dincəlməli?- ARAŞDIRMA

20 İyun 2012 14:27 (UTC+04:00)

Yeni start götürən yay turizm mövsümü həm şirkətlər, həm də istirahət edənlər üçün bir sıra qayğı və problemlər gətirir. İstirahət etmək istəyənlər bu dincliyi tapa bilmək üçün məkan axtarışında, turizm məkanları isə turist gözləntisində. Amma bu problemləri heç də bütün ölkələrə şamil etmək olmaz. Hazırda bu təzadlı qayğılar Azərbaycanda yaşanır ki, burada da tələb var, amma uyğun təklif gözə çarpmır. Vətəndaşlarımızın yayı daha səmərəli və ciblərinə uyğun keçirmələri üçün müraciət etdiyi xarici ölkə sırasında hansılar durur? SİA-nın apardığı araşdırmanın nəticəsi olaraq bəlli oldu ki, maddi imkanı yaxşı olan vətəndaşlarımızın ən çox müraciət etdiyi ölkə yenə də Türkiyə olaraq qalır.

Bu il də ən çox tələb olunan ölkə yenə Türkiyə olaraq qalır...

Sahil Travel şirkətinin rəhbəri Rəşad Xəlilov da açıqlamasında ən çox tələbat olan ölkənin Türkiyə olduğunu bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də ən çox təlabat Türkiyənin Antalya şəhərinədir: \"Digər ölkə olaraq isə Ukraynaya maraq çoxalıb. Ancaq orada da Türkiyədəki kimi servis xidməti yoxdur. Gürcüstana gedənlərin sayında da atım var. Türkiyədə istirahət etmək üçün qiymətlər 1 həftəlik 450- 500 manat arasında dəyişir. Həmin pula gün ərzində 5 dəfə qidalanma, bilet pulu, qarşılanma və digər xidmətlər daxildir. Nəzərdə tutulan qiymət 5 ulduzlu otellərə şamil edilir. Gürcüstanda isə 2 nəfərə 300- 320 manat pul lazım olur\".

Qiymətlər məkana görə dəyişir...

Beş ulduzlu mehmanxanalarla yanaşı Türkiyədə maddi vəziyyəti aşağı olan insanlar üçün də yerlərin olduğunu deyən R. Xəlilov: \"Türkiyədə az ulduzlu olan mehmanxalar da fəaliyyət göstərir, ancaq orada istirahət etmək elə də məsləhət görülmür. Elə qiymətə ora getməkdənsə, Azərbaycanımızın gözəl guşələrində istirahət etmək məqsədə uyğundur",- deyə əlavə edib.

Xorvatiyaya da maraq çoxalıb, çünki həmin ölkəyə olan viza rejimi oktyabrın 31-nə kimi ləğv edilib.

\"Azerco\" turizm şirkətinin nümayəndəsi Aytac Mustafayeva da Türkiyənin ən çox tələb olunan ölkələr sırasında ilk yeri tutduğunu vurğulayıb. Onun sözlərinə görə, bu il tələb olunan ölkələr sırasında Xorvatiyaya da maraq çoxalıb. Çünki həmin ölkəyə olan viza rejimi oktyabrın 31-nə kimi ləğv edilib.

Türkiyədə 5 ulduzlu oteldə dincəlmək 700- 750 manata başa gəlir...

Digər tələb olunan ölkələr sırasında Çexiya, Sloveniya və digər ölkələrdə var. Qiymətlər isə məkana görə dəyişir. Belə ki, Türkiyəyə bir nəfərlik qiymət 550 manatdan başlayır. Təbii ki, bu da bir həftəni əhatə edir. Həmin qiymətə gün ərzində 3 dəfə qidalanma, aviabilet, sığorta və oteldə gecələmə daxildir. Bu qiymət isə az ulduzlu otelə daxildir. Türkiyədə 5 ulduzlu oteldə dincəlmək isə 700- 750 manata başa gəlir.

Sonda isə onu qeyd edək ki, kimin xaricdə kiminsə ölkəmizdə istirahət etməyə imkanının çatıb çatmadığını bilmirik, ancaq hər halda yay mövsümündə dincəlməyə haqqı var.