Beyləqan rayon Təhsil Şöbəsi xəbərləri təkzib etdi

20 İyun 2012 15:49 (UTC+04:00)

\"Beyləqan rayon Təhsil Şöbəsi bəzi kütləvi informasiya vasitələri tərəfindən 2011-2012-ci tədris ilinin buraxılış sinifləri olan IX və XI sinifləri bitirən məzunlardan şəhadətnamə və attestat üçün pul yığılması barədə çap olunmuş materiallara münasibət bildirərərək qeyd edir ki, bu mövzuda yazılan yazılar şər və böhdan xaraxterlidir\". SİA-nın məlumatına görə, bu barədə Beyləqan rayon Təhsil Şöbəsinin yaydığı bəyanatda qeyd olunub. Bəyanatda həmçinin bildirilir: \"Əlavə olaraq qeyd edirik ki, Beyləqan rayonunda IX və XI siniflərində buraxılış imtahanları 18 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən götürülmüşdür.

Buraxılış imtahanlarına rayon Təhsil Şöbəsi tərəfindən heç bir müdaxilə olunmamışdır. Kütləvi informasiya vasitələri tərəfindən dərc olunan bu məlumatlar heç bir fakta söykənməyən şər və böhtandır\".