“Öylə bir keçər zaman ki” 10 ildən sonra

20 İyun 2012 14:13 (UTC+04:00)

Saysız tamaşaçıları ekran başına toplayan, Türkiyədə yayımlanan "Öylə bir keçər zaman ki" serialında bəzi dəyişikliklər baş verib. SİA türk mətbuatına istinadən xəbər verir ki, serial tətilə çıxıb. Dünən yayımlana sezon finalında 3 baş rol ifaçısı serialla vidalaşıb.


Yeni mövsümdə isə serial 10 il sonradan başlayacaq. Orada Erkan Petekkayanın canlandırdı Əli kapitan dənizə gedəcək və bir daha qayıtmayacaq. Farah Zeynep Abdullahın canlandırdığı Aylin övladını dünyaya gətirərkən dünyasını dəyişəcək. Tamaşaçıları sevimlisinə çevrilmiş Osman rolunu ifadə edən Emir Berke Zincidi isə serialdan ayrılır. Hazırda bu rol üçün aktyor axtarılır.