Ankarada küçələr Azərbaycanın tarixi yerləri ilə adlandırıldı

20 İyun 2012 12:40 (UTC+04:00)

Ankara Böyükşəhər Bələdiyyə Məclisi tərəfindən qəbul edilən 833 saylı qərarla və Ankara Valiliyinin təsdiqi ilə Ankara şəhərinin 1-ci Orqanizə Sənaye bölgəsində olan 4 adsız küçəyə Azərbaycanın tarixi və bölgə yerlərini özündə əks etdirən adlar verilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, adlar belədir:

4 saylı küçə - Naxçıvan küçəsi

7 saylı küçə - Qarabağ küçəsi

8 saylı küçə - Qaraqoyunlu küçəsi

9 saylı küçə - Ağqoyunlu küçəsi