Ombudsmanların X Bakı  Beynəlxalq konfransı yekunlaşdı

20 İyun 2012 12:34 (UTC+04:00)

Bu gün "Fövqəladə Hallarda İnsan Hüquqlarının Müdafiəsi: Problemlər və İmkanlar" mövzusunda keçirilən Ombudsmanların X Bakı Beynəlxalq Konfransının yekunu ilə bağlı iştirakçılarla Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatında görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanının fəaliyyəti, səlahiyyət mandatı, vəzifələri haqqında məlumat verib. Qonaqları təşkilatın struktur bölmələri, həmçinin 4 bölgədə fəaliyyət göstərən Gəncə,Quba, Şəki, Cəlilabad ofisləri barədə məlumatla tanış edib. Tərəflər arasında təcrübə mübadiləsi aparılıb, iştirakçılar təşkilatın şöbələrilə tanış olub.

Sonda konfransın yekunu ilə bağlı Bakı Bəyannaməsi qəbul edilib.