EURO-2012-nin qrup mərhələsinin ən sərrastları - SİYAHI

20 İyun 2012 06:20 (UTC+04:00)

Bombardirlərin siyahısına üç futbolçu başçılıq edir


Futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatdı. Artıq ¼ finala vəsiqə qazanan komandalar və qarşılaşacaq cütlüklər məlumdur.


Qrup mərhələsinin yekununda ən sərrast futbolçular məlumdur. Məlumata görə, qrup mərhələsinin bombardirlərinin siyahısına üç futbolçu başçılıq edir - Alan Dzaqoyev (Rusiya), Mario Qomes (Almaniya) və Mario Mancukiç (Xorvatiya). Onlardan yalnız Mario Qomeç turnirdə çıxışını davam etdirir. Rusiya və Xorvatiya milliləri isə ¼ finala vəsiqə qazana bilməyiblər.


Qrup mərhələsindən sonra Avropa çempionatının bombardirlərinin siyahısı:


Alan Dzaqoyev (Rusiya) - 3 qol

Mario Qomes (Almaniya) - 3 qol

Mario Mancukiç (Xorvatiya) - 3 qol


Niklas Benntner (Danimarka) - 2 qol

Mikael Kron-Deli (Danimarka) - 2 qol

Sesk Fabreqas (İspaniya) - 2 qol

Petr İraçek (Çexiya) - 2 qol

Vatslav Pilarj (Çexiya) - 2 qol

Andrey Şevçenko (Ukrayna) - 2 qol

Fernando Torres (İspaniya) - 2 qol

Kriştianu Ronaldu (Portuqaliya) - 2 qol

Zlatan İbrahimoviç (İsveç) - 2 qol.