Gəncə Aluminium Zavodunda bədbəxt hadisə baş verib

19 İyun 2012 16:18 (UTC+04:00)

Gəncə Aluminium Zavodunda bədbəxt hadisə baş verib. Ərazidə söküntü işhləri apararkən ehtiyatsız davranan Sumqayıt sakinləri həyatlarını itirib. 1975-ci il təvəllüdlü Vyaçeslav Feyzullayev, həmçinin 1977-ci il təvəllüdlü Səlim Seyfullayev dəmir beton konçstruksiyalı tavanını çökməsi nəticəsində ölüblər.


SİA-nın bölgə müxbirinin məlumatına görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Müəssisədə yaradılan təhlükəsizlik tədbirlərinin nə dərəcədə təmin olunduğu başa çatacaq istintaqdan sonra müəyyən olunacaq.


İlham Məmmədov