Əli Abbasov: “İnternetin sürəti onun xidmətinə ödənilən vəsaitdən asılıdır”

19 İyun 2012 13:36 (UTC+04:00)
İnternetin sürəti onun xidmətinə ödənilən vəsaitdən asılıdır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onuhn sözlərinə görə, bu gün 50-60 faiz internet istifadəçisi üstünlüyü onun qiymətinə verir:


"Məhz buna görə də həmin insanlarla sürətdən gileylənə bilərlər. Hazırda internet sahəsində böyük xidmətlər mövcuddur. Ödənilən məbləğin müqabilində internetin sürəti də Şərqi Avropada olduğu kimi eynilik təşkil edir. Digər tərəfdən bu sahəyə tələbat daha yüksəkdir. Bütün bunlara baxmayaraq Azərbaycanda internetin istifadəsi üçün əlverişli böyük imkanlar vardır".


Ə.Abbasov həmçinin İnoformasiya Kommunikasiya Texnologiyaları (İKT) dövlət fondunun əsasnaməsinin işlənib hazırlanaraq dövlətə təqdim olunduğunu bildirib:


"İKT-nin inkişafı üçün stimullaşdırıcı təkliflər, o cümlədən gömrük vergi istiqamətində mühitin yaxşılaşdırılması üçün həmçinin Azərbaycanın lokal şirkətlərinə güzəştli şərtlərdə kreditlərin verilməsi üçün bir çox təkilflər paketi hazırlanaraq təqdim olunub. Hesab edirik ki, bu təkliflər paketi qəbul olunacaq və İKT-nin inkişafı üçün yeni bir mühit yaranacaq".