Məmmədyarov-Nalbandyan görüşü gərgin keçib

18 İyun 2012 22:34 (UTC+04:00)

Bunu Türkiyə mətbuatı yazıb


Xəbər verildiyi kimi, bu gün Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Türkiyənin "İhlas" informasiya agentliyinin verdiyi məlumata görə, nazirlərin bir-birindən xeyli aralıda durmaları diqqət çəkib.


Qarabağ münaqişəsinin müzakirə edildiyi görüşün gərgin keçdiyi bildirilir. Hətta görüşdən sonra nahar yeməyinə çıxan nazirlərin restorana gedərkən aralarında saxladıqları məsafə jurnalistlərin gözündən yayınmayıb. Belə ki, Elmar Məmmədyarov qabaqda gedərkən, Edvard Nalbandyan 15-20 metr arxada olub.