Türkiyədə Rusiya variantı

18 İyun 2012 22:54 (UTC+04:00)

Ərdoğan prezident, Gül baş nazir olacaq


Türkiyənin "Hürriyyət" qəzetinin jurnalisti Taha Akyol Türkiyədə 2014-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlı mövzuya, eləcə də ölkədəki ictimai-siyasi vəziyyətə toxunaraq bildirib ki, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan prezident, dövlət başçısı Abdulla Gül isə hökumət rəhbəri olacaq.


Qeyd edək ki, Türkiyədə 2011-ci ilin konstitusiya islahatları nəticəsində prezidentin səlahiyyət müddəti 7 ildən 5 ilə endirilib. Yeni qaydalara görə, bir şəxs iki dəfə prezident seçilə bilər. Həmin vaxtadək isə ölkədə prezident parlament tərəfindən seçilirdi. Beləcə 2014-cü ildən Türkiyə parlamentli respublikadan prezidentli respublikaya çevriləcək və dövlət başçısı ümumxalq səsverməsi yolu ilə müəyyənləşəcək.