Dəniz dibindəki “yadplanetlilər”

18 İyun 2012 21:14 (UTC+04:00)

Əsrarəngiz cisim


Bu günə qədər səmada görünən saysız-hesabsız uçan naməlum obyektlər (UNO) haqqında informasiyalar verilib. Sonuncu UNO xəbəri isə səmadan deyil, dənizin dibindən gəlib.


Keçən il iyun ayında I Dünya Müharibəsi zamanı Baltik dənizində batan gəmini axtaran isveçli tədqiqatçıların hidrolakatoruna böyük silindir şəklində cisim ilişmişdi. Ancaq maliyyə çətinliklər səbəbindən ötən il dənizin dibinə enmə baş tutmasa da, proses bir neçə gün bundan əvvəl reallaşdırılıb.


Tədqiqatçılar dənizin dibindən cavabdan çox suallarla qayıtdılar. Onlar Baltik dənizinin dibində üç-dörd metr hündürlüyündə, diametri 60 metr olan silindir formasında cisimlə qarşılaşıblar. Silindrin ucundakı iti uclu kənarlara görə cisim "Star Wars" filmindəki "Millenium Falcon"a bənzədilib.


Cisimin düz qarşısında olan hamar sahə isə sirri daha da artırıb. Təxminən 300 metr uzunluğundakı sahə ilk baxışdan meydana və ya geniş cığıra bənzəyir.


İndiyə qədər bu şəkillərlə bağlı hansısa tutarlı şərh edilməyib. Tədqiqatçılar bölgədə vulkanik hadisələrin yaşanmadığını müəyyənləşdirirblər. Bu isə hadisənin açıqlanmasını daha da çətinləşdirir.