Azərbaycanlı müğənninin “əzilmiş tortu”-FOTO

18 İyun 2012 17:01 (UTC+04:00)

Bu gün Azərbaycanın gənc müğənnisi Məhbubənin, yəni "Milana"nın Mila.az sayıtının və "Maqnit" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bəstəkar Elçin İmanov, müğənnilərdən Əbdülxalid, Günay İbrahimli, prodüserlərdən Ceyhun Məhərrəmov, Təranə Səmədova və media nümayəndələri iştirak ediblər.

45 dəqiqə gecikən mərasimin iştirakçıları Elçin İmanovu gözləməkdən yorulublar. Media əhli xeyli gözlədikdən sonra da "tort surprizi" ilə də qarşılaşıb. Belə ki, mətbuat konfransı başlamamışdan öncə təəccüblü hal əzilmiş tortun stolun üstünə gəlməsi oldu. Şirinliyi bəh-bəhlə ortaya çıxardan Milana tortun əzik yerlərini düzəltməyə cəhd etdi.

Mərasimi giriş sözü ilə açan media nümayəndəsi Tahirə Məmmədqızı səbəbkarın gördüyü işlər haqda ağızdolusu danışdı: "Sözügedən xanım səhnəyə yeni gəlməsinə baxmayaraq bir çox mahnıları var. Yeni saytını və klipini üzə çıxardaraq sübut etdi ki, bir çox şeylərə qadirdir. İfaçı uzun illərdir ki, İsveçrədə yaşayıb. 4 ildir ki, Azərbaycandadır. Milananın bundan sonra da yenilikləri olacaq".

Tədbirdə səbəbkarı Elçin İmanov və klipmeyker Vaso da təbrik etdilər.

Qeyd edək ki, Milana mətbuat konfransının sonunda əzilmiş tortun üzərində həkk olunun şəklini kəsdi.