Azərbaycanlı müğənni kimi təriflədi?

18 İyun 2012 16:16 (UTC+04:00)

Azərbaycanlı müğənni Əflatun Qubadov bu vaxtadək adının qalmaqallarda hallanmasını istəmədiyini və heç kimin xətrinə dəymədiyini söyləyib. Əflatun bəy cavan ifaçılardan da söz açıb. SİA-ya açıqlama verən Ə.Qubadov bunları deyib: "Azərbaycan estradasında bəzi cavan müğənnilərin ifa tərzindən razıyam. Onu da deyim ki, hər kəsin öz sevəni var. Mənim qulağıma yatımlı səsi olan gənc, ancaq istedadlı müğənni Ramal İsrafilovdur. Çünki mahnılarını ürəklə oxuyur. İnanıram ki, Ramal bu gedişlə əldə etdiyi uğurlardan da çox uğur qazanacaq,-deyə ifaçı bildirib".