Microsoft şikətindən kimsəsiz uşaqlara hədiyyə

18 İyun 2012 15:06 (UTC+04:00)

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və \"Microsoft\" şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, nazir müavini Elmar Vəlizadə çıxışında bildirib ki, uşaqlara təqdim olunacaq "Xbox 360" avadanlığı BakuTel sərgisində Microsoft şirkəti tərəfindən alınıb.

Onun sözlərinə görə, bu avadanlıq fiziki cəhətdən xəstə olan uşaqlar üçün yaxşı vasitədir: "Çalışmaq lazımdır ki, bu kimi avadanlıqlarla qüsuru olan uşaqlarımızın gələcək inkişafı üçün lazımi işlər görülsün".

E. Vəlizadə onu da qeyd edib ki, son illər \"Microsoft\" şirkətinin Azərbaycanla sıx əlaqəsi yaranıb.

Tədbirin sonunda 2, 3, 4 nömrəli uşaq evləri və "Ümid yeri" uşaq sığınacağına nəzərdə tutulan oyun avadanlığı verilib.

Məlumat üçün bildirək ki, oyun avadanlığında qüsurlu olan uşaqlar heç nəyə toxunmadan nəzərdə tutulan monitorun qarşısında yalnız əl-qol hərəkətləri ilə 100-ə yaxın müxtəlif oyunlar oynaya biləcəklər.

Qeyd edək ki, RİTN-lə Microsoft şirkəti ilə "BakuTel 2011- Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində məsələ ilə bağlı razılaşma əldə olunmuşdu.