Taekvondoçularımız 3 medalla vətənə qayıdır

18 İyun 2012 15:17 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatı başa çatıb. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, yarışın son günü daha 2 idmançımız bürünc medala sahib olub. Belə ki, Xəyalə Quliyeva (-46 kq) və Türkanə Tahirli (-49 kq) mübarizəni yarımfinalda dayandırmalı olsalar da yarışı üçüncü yerin mükafatı ilə yekunlaşdırıblar.

Xatırladaq ki, daha əvvəl isə Aydın Bəhməlov (-87 kq) bürünc mükafata sahib olub. Beləliklə, 16-21 yaşlıların Avropa çempionatında 3 bürünc medal qazanan Azərbaycan seçmə komandası İyunun 19-da vətənə dönəcək.