Səhiyyə Nazirliyindən TQDK sədrinə dəstək

18 İyun 2012 14:49 (UTC+04:00)

Səhiyyə nazirinin müavini Elsevər Ağayev son günlər TQDK sədri Məleykə Abbaszadənin imtahana gələn məktəblilərdə daha çox siqaretin aşkarlanması barədə açıqlamasına münasibət bildirib. SİA-nın xəbərinə görə, nazir müavini tövsiyyə edib ki, nəinki məktəb şagirləri, institut tələbələri, eyni zamanda, bütün insanlar siqaretdən uzaq olsunlar: \"Bu barədə mətbuatda da məlumat verilir, dünyanın hər bir ölkəsində də siqaretin məhudlaşdırılması üçün qanunlar qəbul olunub. Yəqin ki gələcəkdə də Azərbaycanda Milli Məclis tərəfindən siqaretdən istifadə yerlərinin məhdudlaşdırılması ilə əlaqədar qanun layihəsinə baxılacaq\".


E.Ağayev isti günlərdə dərman preparatlarının keyfiyyəti ilə bağlı apteklərdə aparılan monitorinqlərə münasibət bildirib. Onun sözlərinə görə, istər ərzaq məhsullarının, istərsə də dərman preparatlarının keyfiyyətinə nəzarət olunmalı, saxlandığı şəraitə baxılmalıdır: \"Bu məsələlər İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirilir. Monitorinqin aparılması üçün də Ədliyyə Nazirliyində yaradılan Reyestr xidmətinə məlumat verilir, icazə alındıqdan sonra İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri ilə birgə həm dərman preparatlarının keyfiyyətinə, həm də apteklərin şəraitinə nəzarət olunur".