Yeni binaların heç biri nəzarətsiz tikilmir, ekspertizadan keçirilir və lisenziyası olan şirkətlər tərəfindən inşa edilir. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, bu sahədə demək olar ki, qayda-qanun yaranıb.
K.Heydərov əhaliyə xitabən bildirib ki, qanunsuz tikilən evlər əvvəllər qanunlarda boşluq olduğu, nəzarətin zəif olduğu dövrə təsadüf edir: "İndinin özündə də həmin qaydada tikilən evlərlə bağlı dövlət tərəfindən komissiyalar təşkil olunur. Elə şəxs var ki, binanı tikib, amma özü burda yoxdur. Həmin binanı dövlət qəbul etməlidir. Qəbul etmək üçün təhlil aparılmalıdır və biz bunu edirik. Heç kim narahat olmasın".