Paytaxtda hava yağmurlu olacaq

18 İyun 2012 13:36 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında iyunun 19-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında 25-29 dərəcə isti olacaq. İyunun 20-21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında iyunun 19-da yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacaq, yağış yağacaq, yağıntıların bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimal edilib. Havanın temperaturu Aran rayonlarında 27-32 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. İyunun 20-21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın hərarəti gündüz Aran rayonlarında 29-34, dağlıq rayonlarda 20-25 dərəcə olacaq.