“Gənclər Kuboku” turniri çərçivəsində ilk oyunlar keçirilib

16 İyun 2012 11:31 (UTC+04:00)

Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turniri çərçivəsində I play off mərhələsinin ilk 4 oyunu keçirilib. SİA-nın xəbərinə görə, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi tərəfindən keçirilib. Turnir AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub. Qalib gələn komandalar play offun II mərhələsinə vəsiqə qazanıblar.


Yeni Yazarlar İctimai Birliyi–Kreativ Gənclər Klubu İctimai Birliyi 3:9 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası TGT – Sektor 11 4:4 (penal: Sector 11) "İRƏLİ" İctimai Birliyi – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası TGT 17:5 ALAG – Earth Hour Azerbaijan 1:3. Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat

tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.