Nanə Ağamalıyeva Bollywood rejissorlarının qəlbini fəth etdi - EKSKLÜZİV-FOTOSESSİYA

16 İyun 2012 09:25 (UTC+04:00)

Azərbaycanın tanınmış teleaparıcısı Nanə Ağamalıyeva hazırda dünyanın ən gözəl məkanlarından biri - Hind okeanı sahilində yerləşən Şri Lanka adasındadır. Teleaparıcının uzaq adadan SIA-ya verdiyi məlumata görə, onun səfərinin məqsədi sırf işlə bağlıdır. Nanə bu cür uzaq diyarlara tək deyil, birgə çalışdığı və uzun illər dostluq etdiyi rejissor Əzizə Dünyamalıyeva ilə birgə yola düşüb. Vətinə dönən kimi bütün təfərruatları bölüşməyə söz verən Nanə yalnız bu sözləri dedi: "Hind okeanını çox sevdim. Şri Lanka unudulmaz məkandır. Buralar çox gözəldir. Bura iş üçün gəlmişəm. Hələlik hər şey sirr qalsın. Amma gələn kimi ilk olaraq elə sizinlə bölüşəcəm. Danışılası o qədər söz var ki".


Gözəlliyi ilə Bollywood rejissorlarının qəlbini fəth edən Nanə açıqlaması zamanı əcnəbilərin onu hind aktrirasına bənzətdiyini dilə gətirib: "Burada məni hindistanın məşhur bir aktrisasına bənzətdilər. Adını çətinliklə yadımda saxlayıram. Ümumiyyətlə, Bollywood rejissorları ilə görüşümdən ancaq xoş təəssuratlarım qaldı. Onları mən çox tərifləyirdilər. Özümü daha da sevdim"-deyən teleaparıcı zarafat da etdi.


Şri Lanka adasının çəkilən şəkillərdə isə teleaparıcı ilə rejissorun "sərğüzəştlərini" görə bilərsiniz.