Xətai rayonunda yol qəzası baş verib

15 İyun 2012 17:18 (UTC+04:00)

Bu gün saat 16:00 radələrində Bakının Xətai rayonunda yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə nəqliyyatın hərəkəti zamanı "Mercedes" markalı maşınla "Skoda" markalı maşının işıqforun işığına düzgün riayət etməməsi nəticəsində baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

DYP-nin əməkdaşından aldığımız məlumata görə, təqsirkarın kim olduğu hələlik müəyyənləşdirilməyib.


MAMED BAĞIROV